Dünyada ən təmiz havası olan yerin adı açıqlandıbackend

Dünyada ən təmiz havası olan yerin adı açıqlandı

ABŞ-ın Kolorado Universitetinin alimləri Yerdəki ən təmiz hava olan yerin adını çəkiblər. Bu yer Cənub Okeanının üstündədiir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Amerikan Elmi Tədqiqatlar “Proceedings of the National Academy of Sciences” jurnalında yer alıb.

Alimlər qeyd edirlər ki, bu gün planetdə təmiz havası olan yerlər demək olar ki, yoxdur.

Beləliklə, araşdırmaya görə, ən təmiz havası olan bölgə Antarktidanın sahillərini yuyan Sakit okean, Atlantik və Hind okeanlarının sularını əhatə edən Cənub Okeanının üstündəki bölgədir.

Tədqiqatçılar vurğulayırlar ki, bu yer qitələrin aerozol çirklənməsindən və tozlanmasından demək olar ki, təsirlənməyib.

“Əslində Antarktida cənub qitələrindən bakteriyaların yayılmasından təcrid olunmuşdur. Bu, Cənub Okeanın antropogen fəaliyyətinin demək olar ki, təsirlənmədiyi az bölgələrdən biri olduğunu göstərir”. Elmi işin müəlliflərindən biri Thomas Hill deyir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*