Dünyadan təcrid olunan şou iştirakçıları koronavirus haqda ilk dəfə eşitdilər – VİDEObackend

Dünyadan təcrid olunan şou iştirakçıları koronavirus haqda ilk dəfə eşitdilər - VİDEO

Almaniyanın “Böyük qardaş” realiti şousunun dünyadan təcrid olunan iştirakçıları planetdəki koronavirus epidemiyası haqqında məlumat alıblar.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı “Daily Mail” nəşri yayıb.

Mənbə bildirir ki, qaydalara görə, qəhrəmanların dünyada nələrin baş verdiyini bilmək hüququ yoxdur.

Şou yaradıcıları qaydalardan uzaqlaşmaq qərarına gəliblər və iştirakçıların COVID-19 pandemiyası ilə bağlı mesaja necə reaksiya verdiklərini nümayiş etdiriblər.

Epidemiya barədə şounun aparıcısı Jochen Schropp məlumat verib. Qəhrəmanlara yaxınları tərəfindən lentə alınan videolar da nümayiş etdirilib.

Gənclər baş verənlərə inana bilməyiblər və ölümcül virus haqda mesajı sükutla qarşılayıblar.

Şounun 14 iştirakçısı könüllü olaraq fevralın 6-dan etibarən özlərini dünyadan təcrid ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*