Dünyanı yeni “epidemiya” bürüdübackend

Dünyanı yeni “epidemiya” bürüdü

Xüsusi şəkildə silahlanmış koronavirus dünyanı işğal etməkdə davam edir: Avropa bu virusa təslim olub, Çin “antiterror əməliyyatı” keçirir, biz isə hələ ki, döyüşürük.

Bütün bu koronasavaşın fonunda dünyanı yeni “epidemiya” bürüyüb – “koronavirusun dərmanı tapıldı!” xəbəri.

Dünya media orqanları bu günlərdə koronanın peyvəndinin tapılması ilə bağlı xəbərləri tirajlayır.

Məsələn, Çin deyir, koronanın dərmanını tapmışıq, 4 günə sağaldır. ABŞ deyir, peyvəndi sınaqdan keçirdik, az müddətə hazır olacaq. Başqa bir ölkə deyir, peyvənd hazırdır, yoldadır, gəlir.

O birisi deyir, vallah, peyvənd burda idi, işi vardı, indicə çıxdı, gözləyin gələcək.

Məxləs, indi də dünyanı korona əleyhinə dərmanın tapılması informasiyası bürüyüb. Təbii, bu xəbərlər insanlarda nikbinlik yaradır, onlara ümid verir. Ancaq mənfi tərəfi də var: bəzi məlumatsız şəxslərdə bir rahatlıq müşahidə olunur. Onlar deyir ki, əşşi, onsuz da dərmanını tapıblar artıq, heç nə olan deyil.

Digər tərəfdən, insanlar tezliklə başa düşəcəklər ki, peyvəndin tapılması xəbərləri, sadəcə, baş aldatmağa, insanları sakitləşdirməyə və yaxud “peyvəndi mən tapdım”a və perspektiv qazanca hesablanmış informasiyadır. Bax, bu zaman mənəvi böhran daha da dərinləşəcək.

Əgər doğrudan da peyvənd tapılıbsa, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı konkret bəyanat yayar və ya yaymalıdır. Hələ ki, ortada belə bir bəyanat yoxdur. Buna görə də belə xəbərlərdən çox şəxsi gigiyenamıza diqqət etməli, narahatlıq hiss edərkən dərhal həkim çağırmalıyıq.

Hələ ki, koronavirusla müharibədə əlimizdə bundan güclü silah yoxdur.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*