Dünyanın başı HƏMAS-İsrail müharibəsinə qarışıb – Paris isə öz hayındadırbackend

Dünyanın başı HƏMAS-İsrail müharibəsinə qarışıb – Paris isə öz hayındadır

“Fransanın anti-Azərbaycan mövqeyində dayanması artıq son dövrlər onların bir dövlət siyasətinin tərkib hissəsinə çevrilib”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, Fransa prezidenti bir tərəfdən Azərbaycan prezidentinə zəng edir, onunla bəzi məsələləri müzakirə edir, digər dərəfdən isə Azərbaycanın beynəlxalq hüquqla bağlı probleminin olduğunu söyləyir:

Samir Hümbətov

“Əslində bunun özü anormallıqdır. Çünki bir tərəfdən sən dövlətin rəhbəri ilə təmasda olursan, digər tərəfdən isə onun beynəlxalq hüquqla probleminin olduğunu deyirsən.

Üstəgəl Fransa XİN-in Azərbaycanı etnik təmizləmədə təqsirkar bilməsi özü belə gülməli hadisədir. Çünki Fransa 1994-cü ildə Ruandada 800 min insanı qətlə yetirirməklə, etnik təmizləmə, digər tərəfdən isə soyqırım törədib.

Belə ağır cinayətlər törədən bir dövlətin gəlib Azərbaycana hər hansı formada beynəlxalq hüquqdan dərs vermək niyyəti özü gülməlidir. Təbii ki, dünyanın bu gün başı HƏMAS-İsrail müharibəsinə qarışıb.

Belə bir fonda Fransanın tutduğu mövqe əslində bilərəkdən, planlaşdırılmış bir hal kimi dəyərləndirilməlidir. Bu siyasət əslində Fransanın özü üçün heç də xoş hal sayılmır. Çünki Fransa Cənubi Qafqazda varlığını formalaşdırmaq istəyirsə, anlamalıdır ki, Azərbaycansız regionda hər hansı bir dövlətin hansısa addım atması qeyri-mümkündür. Çünki Cənubi Qafqazın yeganə önəmli dövləti Azərbaycandır. Ona görə də hesab edirəm ki, Fransanın bu cür mövqe tutması onun özünün bölgəyə girişinə imkan verməyəcək. Nəzərə almaq lazımdır ki, 1997-ci ildə Jak Şirak Azərbaycan prezidenti Heydər Əliyevdən xahiş edərək Minsk qrupunun həmsədrlərindən birinə çevrildi.

Onu unutmamalıdırlar ki, Azərbaycan istənilən anda, regionla bağlı istənilən prosesə müdaxilə etmək imkanındadır. Həm Fransa prezidentinin gülüş doğuran açıqlaması, həm də Fransa xarici işlər nazirinin çıxışı zamanı Azərbaycanı etnik təmizləmədə ittiham etməsi sözün həqiqi mənasında onların həm siyasi, həm də hüquqi savadsızlığından irəli gələn məsələ kimi dəyərləndirilə bilər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*