Dünyanın ən bahalı qəhvəsi- Kilosu 1000 dollarbackend

Dünyanın ən bahalı qəhvəsi- Kilosu 1000 dollar

İldə ən azı 600 kq istehsal olunur.

Luvak qəhvəsi İndoneziyada qəhvə meyvəsini yeyen müşk pişiyinin nəcisindən əldə edilir.

Qəhvə çəyirdəyi Luvak və ya Musang (Paradoxurus) adlandırılan pişiyin mədəsində həzm olunmayaraq fermentləşir və daha ləzzətli, aromatlı, əvəzsiz bir dad yaradır. Ticarət markası “Kopi Luwak” olan

qəhvə digər çeşitlərlə müqayisədə daha az kafeinə malikdir. Pişiklərə arabika və ya robusta qəhvə ağacı meyvesinin yedirildiyi Luvakın istehsal prosesi xaric olunan çəyirdəklərin təmizlənməsinin ardından yuma, qurutma, qabığın soyulması və qovrılması kimi mərhələlərdən keçir.

Son illlər populyar olan Luvak qəhvəsi Bandung vilayətinin Lembang bölgəsində 2012-ci ildən bu yana istehsal olunur. İstehsalçı Sugeng Pujiono bildirib ki, əsl məsləyi baytarlıq olsa da, qəhvə istehsalına başlayıb ve Bandungda “Kopi Luwak Cikole” adlə istehsal fabriki açıb. 18-ci yüzillikdə İndoneziyanın Hollandiya müstəmləkəsi olduğu dövrdə yerli xalqa qəhvə istehsalı qadağan olunmuşdu. Məhz o illərdə pişiklərin xaric etdiyi qəhvə çəyirdəkləri kəşf edilib. Dünya qəhvə istehsalında 4-cü sırada olan İndoneziya ildə 660 min tondan artıq məhsul ixrac edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*