Dow-Jones İndeksinə görə, aparıcı media şirkətlərinin səhmlərinin ümumi dəyəri 1,35 trilyon dollardan 808 milyard dollara düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Bildirilib ki, “Warner Brothers Discovery” konqlomeratının səhmləri bu ilin əvvəlindən 63%, “Netflix” və “Paramount Global”ın səhmləri müvafiq olaraq 52% və 42% ucuzlaşıb. “The Walt Disney Company” şirkətinin səhmlərinin dəyəri isə 45% azalıb.
Qeyd edək ki, ekspertlər baş verənlərin əsas səbəbi kimi xərclərin artması, istehlakçılar tərəfindən tələbin və reklam satışından gələn gəlirin azalmasını göstərir.
İqbal Rzayev,
KONKRET.az