Dünyanın ən gənc dahisi – İki yaşlı Cozef haqda İLGİNC MƏLUMATLARbackend

Dünyanın ən gənc dahisi - İki yaşlı Cozef haqda İLGİNC MƏLUMATLAR

Dünyanın ən nüfuzlu intellektual təşkilatlarından biri olan “Mensa”nın yeni üzvü iki yaşlı Cozef Harris-Birtil seçilib.

Balaca dahi bu statusa sahib olan ən gənc şəxs kimi tarixə düşüb.

KONKRET.az xəbər verir ki, İngiltərədən olan Cozef qeyri-adi intellekti ilə valideynlərini və mütəxəssisləri heyrətləndirib. O, artıq iki yaşında səlis şəkildə kitab oxuyur, yunan əlifbasını bilir, müxtəlif dilləri öyrənməyə başlayıb və beş dildə ona qədər saya bilir. Cozefin dəqiq IQ göstəricisi açıqlanmasa da, mütəxəssislər onun idrak qabiliyyətlərinin yaşına görə son dərəcə yüksək olduğunu bildirirlər.

“Mensa” cəmiyyətinə üzv olmaq üçün namizədlər məntiq, problem həll etmə və dil anlama sahələrində müstəsna bacarıqlar nümayiş etdirməlidirlər. “Kiçik Eynşteyn” ləqəbi ilə tanınan Cozef bütün bu meyarlara cavab verərək elit cəmiyyətin ən gənc üzvü seçilib.

Uşağın valideynləri onun inkişafına xüsusi diqqət yetirdiklərini və bu bacarıqların öz-özünə təzahür etdiyini bildirirlər. Cozefin gələcəkdə hansı nailiyyətlərə imza atacağı isə indidən maraq doğurur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*