Çində bu günə qədər 24 giqabayt operativ yaddaşa malik dünyanın ən güclü smartfonunun ilkin satışına başlanılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, model “Red Magic 8S Pro” adlanır.
Qeyd olunub ki, cihazı tam doldurmaq cəmi 14 dəqiqə çəkir.
“AnTuTu”da sınaqdan keçirilən cihaz “Qualcomm Snapdragon 8 Gen 2” prosessoru sayəsində 1,7 milyondan çox bal toplayıb.
Smartfon nisbətən sadə 50 meqapiksellik kamera ilə təchiz edilib. Eyni zamanda cihazın yaddaşı bir terabata çatdırılıb.
Belə ki, həddindən artıq qızmanın qarşısını almaq üçün smartfon güclü soyutma sistemi ilə təchiz edilib.
Məlumata görə, “Red Magic 8S Pro”nun minimum Pro versiyası 550 dollara, Pro+ versiyası isə ən yüksək qiymətə 1035 dollara satılır.
İqbal Rzayev,
KONKRET.az