Dünyanın ən məşhur bəstəkarı Ennio Morrikone öldübackend

Dünyanın ən məşhur bəstəkarı Ennio Morrikone öldü

Məşhur italyan bəstəkarı Ennio Morrikone vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ANSA agentliyi yayıb.

Mənbə bildirir ki, italiyalı bəstəkar yıxıldıqdan və sınıqdan sonra yaranan fəsadlar səbəbindən 6 iyul səhər Romada dünyasını dəyişib.

91 yaşlı bəstəkar bir neçə gün əvvəl bel sınığı ilə xəstəxanaya yerləşdirilib.

Bəstəkar film və televiziya üçün musiqi müəllifi kimi tanınır. 400-dən çox filmə və televiziya seriallarına musiqi yazıb.

Morrikone bir çox digər mükafatlarla yanaşı iki Oskar alıb.

“Toxunulmazlar”  filmindəki musiqiyə görə 1988-ci ildə Qremmi mükafatına layiq görülüb.

Babək Göyüş

KONKRET.az

  • Sevinc
    İyul 6, 2020 - 12:37

    Uzaqdan uzağa, sənətinə və yaradıcılığına çox hörmət bəsləyirdim. Sanki əsərlərinin dili varmış kimi hər kəsə nəsə deməyə çalışırdı…. ürəyindəkiləri əsərlərinə şamil etmiş bir bəstəkar. Allah rəhmət eləsin!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*