Dünyanın ən sağlam tərəvəzi seçildibackend

Dünyanın ən sağlam tərəvəzi seçildi

Alimlərin araşdırmasına görə tərə ən sağlam tərəvəzdir.

KONKRET.az xəbər verir ki, aparılan elmi araşdırmalar tərəni insanı 10 növ xəstəlikdən qoruyan tərəvəz kimi qiymətləndirir.

Mütəxəssislər bildirir ki, tərə ağciyər xəstəliklərindən əziyyət çəkənlər və siqaret çəkənlər üçün xüsusilə faydalıdır.

Qanazlığı olan şəxslərə çuğundura əlavə olaraq tərə yemək məsləhət görülür. Tərə toxumunun tərkibində bol miqdarda dəmir mineralı var və bu hemoglobin səviyyəsinin yüksəlməsinə kömək edir.

Saç tökülməsi, kövrək dırnaq və dəmir çatışmazlığından yaranan sümük problemlərində də tərə istifadə olunur.

Tərkibində sərbəst radikallarla mübarizə aparan antioksidanlar olan tərə, xərçəng hüceyrələrinin toxumalara vurduğu zərəri azaldır.

Bundan başqa, tərə təsirli sidikqovucu kimi fəaliyyət göstərərək sidik yolları və böyrəklərin yuyulmasına yardım edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*