Türkiyənin İstanbul şəhərindən İngiltərənin paytaxtı Londona avtobusla dünyanın ən uzun nəqliyyat turu təşkil edilə bilər.
KONKRET.az Euronews.com-a istinadən xəbər verir ki, Hindistanın “Adventures Overland” səyahət şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat turu 22 ölkədən keçməklə 56 gün davam edə bilər.
Səyahət layihəsinin 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş, lakin pandemiya səbəbindən işlər dayandırılmışdı.
Hazırda 12 min kilometrlik səyahət turunun 2023-cü ilin avqustunda fəaliyyətə başlaması üzərində iş aparılır.//Oxu.az