Aktrisa, müğənni və prodüser Selena Qomez bir müddət əvvəl həyatından bəhs edən “Ağlım və mən” sənədli filmi ilə gündəm olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Qomez sənədli filmi ilə eyniadlı mahnısı çıxdığı üçün Rolling Stones jurnalına müsahibə verib
Uşaqlıqdan ekran qarşısına çıxan 30 yaşlı ulduz 4 dəfə reabilitasiya mərkəzinə getdiyini və müalicə aldığını bildirib. 20 yaşının əvvəllərində çox qaranlıq bir dövrə girdiyini və həyatına nəzarəti itirdiyini bildirən aktrisa, “Depressiya ilə başladı, sonra tənhalığa çevrildi. Yatağımdan qalxa bilmirdim. İstəməzdim ki, kimsə mənimlə danışsın. Dostlarım məni sevdikləri üçün yemək gətirirdilər, amma heç kim başıma gələnləri anlaya bilmirdi. “Bəzən həftələrlə yataqdan qalxmırdım, pilləkənlərlə enmək nəfəsimi kəsərdi.
Qomez, “25 yaşımda evlənəcəyimi düşünürdüm” dedi. Evlənməyə belə yaxınlaşmamağım məni sındırdı. “Gülməli idi, amma həqiqətən həyatımın bitdiyini düşünürdüm.”
Məşhurlarla qruplara çox da qarışmadığını bildirən müğənni “Sektorda yeganə dostum Taylor Swift idi. Mənə elə gəlirdi ki, o həyata aidiyyatı yoxdur. Düşünürdüm ki, hamı gözəl həyat yaşayır. İnanılmaz vəziyyətdə idim, amma xoşbəxt idim?”
Heç vaxt intihar etmədiyini, ancaq illərdir bunu etməyi planlaşdırdığını bildirən aktrisa, “Mənsiz dünyanın daha yaxşı olacağını düşünürdüm” deyib.
2018-ci ildə səslər eşitməyə başladığını və psixi sağlamlığının pisləşdiyini deyən aktrisa heç kimə etibar edə bilmədiyini, hər kəsin ona pislik etmək istədiyi paranoyya dövründən danışıb. Dostlarının onun üçün “tanınmaz” ifadəsini işlətdiyini bildirən aktyor bu əhval-ruhiyyədən dərman sayəsində qurtula bildiyini deyib.
Bipolyar diaqnozu qoyulan aktyor, qəbul etdiyi dərmanlara görə danışarkən çətinlik çəkdiyini və bəzən harada olduğunu unutduğunu bildirib. Qomez, “Bipolyar olduğumu qəbul etmək mənim üçün çox çətin idi” dedi.
Bipolyar xəstəliyi üçün qəbul etdiyi iki dərman səbəbiylə ‘ehtimal’ uşaq sahibi ola bilmədiyini ifadə edən ulduz, “Uşaq sahibi olmaq məcburiyyətində olsam, bir şəkildə olacaq” deyib.
Qomez, “Hazırda 30 yaşım var, anın həzzini alıram. Fikrimi itirdiyim vaxt olmasaydı, indi burada olmazdım. Mənim bipolyar diaqnozum olan lupus olmasaydı, yəqin ki, hər zaman yaraşıqlı paltar geyinən insanlardan biri olardım. “Sadəcə bunu düşünmək məni pis hiss edir” söyləyib.