Vətəndaşların pulsuz dəfn yerləri ilə təmin olunub-olunmaması məsələsi gündəmdədir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə KONKRET.az-a açıqlamasında bildirib ki, qəbiristanlıqlarda dəfn yerləri üçün bələdiyyəyə yalnız cüzi bir ödəniş edilir:
“Qalan xərclər pulsuzdur. Dəfn zamanı orada çalışan fəhlələrlə ödəniş məsələsi isə dünyasını dəyişənin ailəsi ilə onlar arasında həll edilən şəxsi məsələdir”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, vətəndaşların dəfn hüququnun təmin olunması dövlət tərəfindən əsasən nəzərə alınır.
Qeyd edək ki, hazırda dəfnlə bağlı bəzi xidmətlər ödənişsiz olsa da, qəbir qazılması, daşınması və əlavə işlər ailələrin öz hesabına həyata keçirilir.
Aynurə İsmayıl
KONKRET.az