Durmadan kütləviləşən qan təzyiqinin səbəbi tapıldı: Bunu etməyinbackend

Durmadan kütləviləşən qan təzyiqinin səbəbi tapıldı: Bunu etməyin

Alimlər müəyyən ediblər ki, plastik butulkalara doldurulmuş suyun istifadəsi qan təzyiqini artıra bilər.

KONKRET.az xəbər verir ki, üç aydan çox davam edən araşdırmalar göstərib ki, plastik şüşələrdən su içən könüllülərin sistolik qan təzyiqi (ürək əzələsinin yığılması zamanı yaranan təzyiq) orta hesabla 1,68 mm Hg artıb.

Mütəxəssislər bunun səbəbini plastik butulkalarda su içənlərin qanında çoxlu miqdarda mikroplastikin olması ilə izah edirlər.

Qeyd olunur ki, bunu yekun nəticə hesab etmək olmaz və mikroplastikin insan təzyiqinə necə təsir etdiyini anlamaq üçün bu istiqamətdə araşdırmalar davam etdirilməlidir.

Bununla belə, elm adamları mümkünsə plastik butulkalara doldurulmuş sudan istifadə etməməyi tövsiyə edir.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*