Durov XƏBƏRDARLIQ ETDİ: “Hakerlər WhatsApp olan telefonların bütün məzmunlarına tam giriş əldə edə bilərlər”backend

Durov XƏBƏRDARLIQ ETDİ: "Hakerlər WhatsApp olan telefonların bütün məzmunlarına tam giriş əldə edə bilərlər"

Telegramın yaradıcısı Pavel Durov xəbərdarlıq edib ki, hakerlər WhatsApp-ın quraşdırıldığı telefonların bütün məzmunlarına tam giriş əldə edə bilərlər. 

KONKRET.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb. Pavel Durov bildirib ki, hakerlər WhatsApp-ın quraşdırıldığı telefonun məzmununa daxil ola bilərlər. Onun sözlərinə görə, bu messencer “13 ildir ki, müşahidə vasitəsi olub”.

“Bu, WhatsApp-ın keçən həftə açıqladığı təhlükəsizlik problemi sayəsində mümkün oldu” deyən Durov, hətta messencerin ən son versiyaya yenilənməsinin də problemi həll edə bilməyəcəyinə işarə edib.

Onun sözlərinə görə, messencerin təhlükəsizlik sistemində oxşar problemlər 2017-2020-ci illərdə baş verib və 2016-cı ilə qədər WhatsAppp-da ümumiyyətlə məlumatların şifrələnməsi olmayıb.

Durov əlavə edib ki, WhatsApp “13 ildir ki, müşahidə vasitəsi olub”.

Keçən həftə WhatsApp, Android telefonları və iPhone-lar üçün tətbiqin köhnə versiyaları ilə bağlı iki kritik təhlükəsizlik zəifliyi aşkar edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*