Durovun uşaqlarının anası “Telegram”ın yarısını tələb edirbackend

Durovun uşaqlarının anası "Telegram"ın yarısını tələb edir

Pavel Durovun uşaqlarının anası İrina Bolqar “Telegram”ın təsisçisi üçün yeni tələblərini açıqlayıb.

KONKRET.az “The Moscow Times”a istinadən xəbər verir ki, o, messenceri Durovla birgə əldə etdiyi əmlak hesab edir və ona olan hüquqların yarısını məhkəmə yolu ilə əldə etmək istəyir.

Bolqarın sözlərinə görə, onların Durovla üç uşaq dünyaya gətirdiyi qeyri-rəsmi münasibətləri 10 il davam edib.

O deyib ki, sahibkarın əmlakından istifadə etmək imkanı olub, lakin istifadə müqavilələri ilə bağlı “hüquqlarını tam qorumayıb”. “Mən səmimi qəlbdən inanırdım ki, nikahımızın rəsmi qeydiyyata alınmamasına və birgə əldə etdiyimiz əmlakın, o cümlədən əsas aktivin – “Telegram” messencerinin müstəsna olaraq onun adına qeydiyyata alınmasına baxmayaraq, övladlarımla mən həmişə ailə resurslarına çıxışımız olacaq”. – deyə Bolqar İnstaqramda bildirib.

O, əlavə edib ki, Durov uşaqların maddi təminatına zəmanət verəcəyini, onlar üçün vəsait ayıracağını və onlara bahalı ev alacağını vəd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*