Düşmən ard-arda aldığı zərbələrdən dərs çıxartmaq istəmir – NƏTİCƏbackend

Düşmən ard-arda aldığı zərbələrdən dərs çıxartmaq istəmir - NƏTİCƏ

Bir neçə gün bundan əvvəl Ermənistan ordusu Azərbaycanın Naxçıvan sərhədində atəşkəsi kobud şəkildə pozdu. Lakin müzəffər ordumuzun qətiyyətli cavab atəşiylə düşmən susduruldu.

İşğalçı ordunun son zamanlar sərhədimizdə və cəbhə boyu ərazilərdə atəşkəsi ardıcıl şəkildə pozması bir daha Ermənistan hakimiyyətinin heç də sülh tərəfdarı olmadığını bəyan edir. Amma bir məqam var ki, Qarabağ müharibəsindən bu günə düşmən nə zaman irəliləmək və yeni ərazilərimizi işğal etmək niyyətinə düşsə, Azərbaycan ordusu tərəfindən həm ağır zərbə alıb, itki verərək geri çəkilib, həm də möhkəmləndiyi mövqeləri itirib.

Elə uzaq düşmədən 2018-ci ildə şanlı ordumuzun zəfər qazandığı Günnüt əməliyyatı buna misaldır.

Image result for günnüt20-27 illik işğaldan azad olunan ərazilərimiz Günnüt, Qızılqaya və Xunut dağı fonunda

Image result for günnüt

Zəfər qazandığımız istiqamətdə düşmənin avtomobil yolu tam nəzarətimizdədir

Belə ki, həmin əməliyyat başlamazdan əvvəl də düşmən Naxçıvan istiqamətində atəşkəsi kobud şəkildə pozaraq təxribata əl atdı. Və ordumuzun başlatdığı Günnüt əməliyyatı ilə ağır zərbə alaraq geri çəkildi. Bununla ordumuz həm işğalda olan bir neçə kəndimizi azad edərək düşmənə ağır zərbə vurdu, həm də bizim üçün çox vacib olan bir sıra yüksəkliklərdə möhkəmlənərək həmin istiqamətdəki ərazilərə nəzarəti tam şəkildə ələ aldı.

Apreldən sonra həyata keçirilən “Günnüt” əməliyyatı barədə Ermənistan KİV-lərinə müsahibə verən erməni polkovniki Qriqor Qriqoryan narahatlığını dilə gətirərək, “Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”- deyə bildirdi.

Bundan sonra 2019-cu ildə düşmən Qazax istiqamətinə diqqəti ayırdı. Həmin istiqamətdə atəşkəsi kobud şəkildə pozaraq, işğalçı niyyətini həyata keçirmək istəsə də, sərhədçi mübarizlərimizin qətiyyətli cavabı və ağır zərbəsi ilə qarşılaşdı. Yəni DSX-nın Qazax istiqamətində başlatdığı “Babakər” əməliyyatı ilə ordumuz həm mövqelərimizin irəli çəkilməsinə nail oldu, həm də həmin ərazidə olan bir sıra strateji cəhətdən vacib sayılan məntəqələrə nəzarəti bərpa etməyi bacardı.

DSX-nın nəzarətində olan ərazilər və düşmənin maye qaz məntəqəsi

Mavi rənglə çəkilmiş təpələr Sərhədçi Mübarizlərimizin şücaətlə Vətən keşiyi çəkdiyi yeni mövqelərimizdir

Görünür, işğalçı ordu mübarizlərimizin zərbələrinə darıxıb. Yenə atəşkəsi kobud şəkildə pozmaqla layiqli cavab almaq xəbərinə can atır.

 

Fəqan Muxtar

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*