“Düşmən qəsdən insident törədib bizi günahlandırmağa çalışa bilər” – Ermənistanın yeni hiyləsi…backend

“Düşmən qəsdən insident törədib bizi günahlandırmağa çalışa bilər” – Ermənistanın yeni hiyləsi...

İlham İsmayıl: “Sərhəddə erməni əhalisinin belə bir hücumu baş verərsə, onlar ilk növbədə bizim sərhəd qoşunları ilə qarşılaşmalı olacaqlar”

Ermənistan mətbuatının yaydığı məlumata görə, sərhədyanı rayonlarda yaşayan ermənilərin silah daşımasına icazə veriləcək. Məlumata görə, bununla bağlı Ermənistanda qanunvericiliyə müvafiq düzəlişlər edilir. Məhdudiyyətin aradan qaldırılmasından sonra ordunun əhaliyə silah verəcəyi qeyd edilib.

KONKRET.az-ın mövzu ilə bağlı ünvanladığı sualları təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb.

Bəs görəsən Ermənistan bu addımı atmaqla nə demək istəyir? Bu addımla dünyaya hansı mesajı verməyə çalışırlar?

Ermənistan postsovet məkanında, bəlkə də dünyada yeganə dövlətdir ki, onun sərhədini başqa ölkənin hərbçiləri qoruyur. Ermənistan müstəqillik əldə etdiyi gündən bəri onun sərhədlərini Rusiya Federasiyasının silahlı qüvvələri qoruyur. Hətta, hava limanında da sərhəd xidməti funksiyasını Rusiya Fedarasiyasının hərbiçiləri həyata keçirir. Əgər Ermənistan sərhədyanı əhaliyə silah paylayırsa, deməli Rusiya sərhədçilərinin onların təhlükəsizliyinə cavabdeh olmalarına inanmırlar. Ermənistan Türkiyə, Azərbaycan, İran və Gürcüstanla həmsərhəddir.

Sərhədyanı əhalini silahlandırmaq deyəndə, bu sərhədlərin hamısı nəzərdə tutulurmu?

Burda hədəf Azərbaycandır. Müharibədən sonra Ermənistan-Azərbaycan sərhədində aparılan demarkasiya işləri zamanı 27 il əvvəl ölkəmizin işğal olunan torpaqlarını zəbt edən erməni əhalisi 1991-ci ildə mövcud olan beynəlxalq sərhədlərə əsasən ərazini tərk etmək tələbi ilə üzləşəndən sonra belə bir hay-küy qaldırıb. İndi də dünyaya mesaj vermək istəyirlər ki, qoymayın Azərbaycan tərəfdən sərhəddə bizə qarşı təhlükə var. Ermənilərin tarixən özlərini dünyaya yazıq, əzabkeş obrazında təqdim etməsi bir siayasət və milli xislətləridir, indiki halda belə bir qanunun da qəbul olunması bu siyasətin tərkib hissəsidir. Praktikada isə sərhədyanı əhaliyə silah paylanması çox güman ki, olmayacaq.

Картинки по запросу "ilham ismayıl"

Bu, hüquqi və təhlükəsizlik baxımından nə dərəcədə düzgündür ?

Hər bir ölkə öz daxilində istədiyi qanunu qəbul edə bilər. Fransanın sözdə “erməni genosidini” tanımayanlara cəza tətbiq etməsi haqqında absurd qanun qəbul etdiyi kimi. Təhlükəsizlik deyəndə, yəqin Azərbaycan tərəfinin təhlükəsizliyini nəzərdə tutursunuz. Bu, Azərbaycan sərhədini qoruyan hərbiçilər üçün ciddi narahatlıq yarda bilməz. Sadəcə, düşmən qəsdən insident törədib bizi günahlandırmağa çalışa bilər. Hesab edirəm ki, belə hallara qarşı da uyğun, qabaqlayıcı tədbirlər görüldükdən sonra elə bir cidi təhlükə sərhədlərimizdə yaşanmaz.

Sərhədyanı ərazilərdə silahlanma gələcəkdə azərbaycanlılara qarşı hücumlarla müşaiyət oluna bilərmi ?

Sərhəddə erməni əhalisinin belə bir hücumu ola bilərsə, onlar ilk növbədə bizim sərhəd qoşunları ilə qarşılaşmalı olacaqlar. Uzaq məsafədən yerli əhaliyə qarşı silahdan istifadə edilərsə, bu adekvat cavabını alacaq. Ona görə də ermnilərin bu qanunu dünyaya şou göstərmək kimi dəyərləndirilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*