Düşmənin 24 xüsusi təyinatlısını məhv edən şəhid mayorumuz… – VİDEObackend

Düşmənin 24 xüsusi təyinatlısını məhv edən şəhid mayorumuz... - VİDEO

Əslən Qubadlı rayonundan olan şəhid mayor Rüfət Əsgərov torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb.

KONKRET.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, Vətən müharibəsində düşmənin kabusuna çevrilən kəşfiyyatçı mayorumuz üç düşmən postunu alıb və qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edib.

Oktyabrın 13-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olan Rüfətin atası Mürvət Əsgərov deyir ki, oğlum general-mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da.

Qeyd edək ki, Rüfət Əsgərov 1981-ci ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2003-cü ildə isə leytenant rütbəsilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. İxtisasça kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2016-cı ildən Ali hərbi məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib. O, xidmətdə fərqləndiyinə görə bir çox medallara, eləcə də fəxri fərmanlara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*