Duyğulu anlar: İt koronavirusdan ölən sahibini gözləyir – FOTOLARbackend

Duyğulu anlar: İt koronavirusdan ölən sahibini gözləyir - FOTOLAR

Uhanda xəstəxananın yaxınlığında it bir neçə ay əvvəl koronavirus infeksiyası nəticəsində ölən sahibini gözləməyə davam edir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “New York Post” nəşri yazır.

Xəstəxana işçilərinin dediyinə görə, it xəstəxanaya fevral ayında koronavirusa yoluxmuş sahibi ilə gəldi. Lakin kişi xəstəxanaya yerləşdirildikdən beş gün sonra öldü.

Sahibinin öldüyünü bilməyən köpək onu xəstəxana yaxınlığında gözləyir. Xəstəxana işçiləri və mərhəmətli insanlar hər gün ona yemək verirlər.

Aprel ayında xəstəxana yaxınlığındakı dükanlardan birinin sahibi bu iti görüb və ona yem verməyə başlayıb. Heyvana “Syao Bao” ləqəbini verib: “kiçik xəzinə”.

“Bəzən mağazadan çıxanda köpək qapıda uzanır və məni qoruyur”. Qadın belə deyib.

Mağaza sahibi “Syao Bao”nu evinə aparmaq istəyib, ancaq it sahibini görmək ümidi ilə  xəstəxanadan uzaqlaşmır  və hər yoldan keçənin arasında onu axtarır.

Təəssüf ki, it artıq xəstəxananın foyesində gözləyə bilməz. Birincisi, təhlükəsizlik baxımından qadağandır, ikincisi, bəzi xəstələr köpəkdən qorxa bilər.

Mağazanın sahibi yerli heyvanların qorunması xidmətinə məlumat verib və indi ona yeni sahib axtarırlar.

Əvvəlcə it xidmət işçilərindən bir az qorxub, ancaq bir saat yarımdan sonra “Syao Bao”nu xəstəxanadan apara biliblər. İndi o, yeni sahibini tapacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*