DYP-dən yanlış cərimələrlə bağlı RƏSMİ CAVAB – FOTObackend

DYP-dən yanlış cərimələrlə bağlı RƏSMİ CAVAB - FOTO

Oğuz rayon sakini Afiq Paşayev heç bir qayda pozuntusu etmədiyi halda Dövlət Yol Polisi (DYP) tərəfindən adına elektron cərimə protokolu göndərildiyini bidirir.

KONKRET.az-a bununla bağlı məlumat verən A.Paşayev deyir ki, Badamdar qəsəbəsində radara düşən 77 DX648 nömrə nişanlı Opel Astra maşınının cəriməsi ona məxsus olan 77DX048 nömrəli DAEWOO Gentra markalı avtomobilə yazılıb. Və sürücüyə bir rəqəm fərqinə görə 20 manat cərimə gəlib. Vətəndaş faktı təsdiq edən fotoşəkilləri də redaksiyamıza unvanlayıb. Şəkillərdəki maşınların marka və rəng fərqindən də görünür ki, şikayətçi həqiqətən kuryoz hadisə ilə üzləşib.
Bəs belə olan halda sürücü nə etməlidir? Məsələ ilə bağlı DYP-yə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bu, avtomatik rejimdə yazılan protokoldur və dyp.gov.az saytına müraciət etməklə texniki nasazlığı aradan qaldırmaq mümkündür.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*