Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda İrəvan üçün uğursuz sona çatan müharibədən sonra özünü erməni müxalifətinin ittihamlarından müdafiə edir. Dekabrın 29-da hökumət başçısı özünün facebook səhifəsində yeni mülahizələr səsləndirib və siyasi rəqiblərinin “hakimiyyətin daha çevik olsaydı, Qarabağda müharibənin qarşısını almaq mümkün olardı” kimi açıqlamalarını yersiz hesab etdiyini deyib.
“Kim bu tezisi təbliğ edirsə, qoy onda bu sualıma cavab versin: niyə çevik siyasətlə 2016-cı il aprel müharibəsindən qaçmaq mümkün olmadı?”. Bundan sonra Nikol Paşinyan 2014 və 2015-ci illərdəki münaqişə bölgəsindəki eskalasiyaları da xatırladaraq yazır: “(Erməni) səlahiyyətlilər tərəfindən uzun illərdir davam etdirilən” çevik “siyasət nəticəsində 2016-cı ildə Rusiyanın təklif etdiyi 7 bölgənin (5 + 2) geri qaytarılması dövriyyəyə buraxıldı. Və burda Qarabağın statusu sonuncu məsələ kimi qeyd olunurdu”.
Paşinyanın fikrincə, Moskva belə bir təşəbbüslə sadə bir səbəbə görə çıxış etmişdi: Ermənistanın “çevik” siyasəti sayəsində Qarabağ probleminin nizamlanmasının Madrid prinsipləri dalana dirəndi. Çünki Qarabağın status məsələsi yenə də Bakının bir çox istəklərindən yuxarıda dayanırdı. Ona görə də həm Rusiya, həm də hər kəs üçün aydın idi ki, Azərbaycan bu variantla heç vaxt razılaşmayacaq.Və bu səbəbdən həll prosesini çıxılmaz vəziyyətə gətirmək üçün metodlar tapmaq lazım idi.
“Bəziləri Ermənistanın 2018-ci ildən sonrakı siyasətinin Rusiyaya meylli olmadığını iddia edir. Bəs onda niyə 2016-cı ildə kifayət qədər rusiyapərəst siyasət şəraitində bu cür Rusiya təklifləri ortaya çıxdı və Aprel müharibəsi baş verdi?”, – deyə Paşinyan sual verir.
Baş nazir əmindir ki, müharibədən çəkinməyin yeganə variantı Qarabağın öz statusunu unudaraq Dağlıq Qarabağ ətrafındakı yeddi bölgəni Azərbaycana təhvil vermək idi. İndi geriyə baxanda bu versiyanın tərəfdarları daha çoxdur. Lakin bir neçə ay qabaq bu təklifi mən səsləndirəndə az qala məni daşqalaq edəcəkdiniz”.
“Ancaq nəzərə almadılar ki, bu gedişlə az sonra Gorusun çıxışında Azərbaycanca bir löhvə ilə rastlaşacaqlar”, – deyə Paşinyan yazır.
O, daha sonra müxalifətin Azərbaycanın tutduğu əsirlərlə bağlı bəyanatına toxunur. “Çevik siyasət tərəfdarlarının əsas çatışmazlığı uzun illərdir müharibəyə hazırlaşmaq deyil, müharibədən çəkinmək siyasəti yürütmələridir. Ən böyük səhvimiz iki il yarımda talan edilmiş vəsaiti geri qaytara bilməməyimiz və müharibəyə lazımi dərəcədə hazırlaşmamağımızdır”, – deyə o, bildirir.
Paşinyan sonda erməni silahlı qüvvələrini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəyan etdiyi sərhədlərə çəkdiyini deyir. Əlavə edir ki, “Azərbaycan hərbçiləri Ermənistan Respublikasının ərazisinə girmədilər, yalnız sərhədlərinə yaxınlaşdılar”. Respublikanın həmsərhəd Syunik bölgəsinin heç bir ərazisi düşmən tərəfindən işğal edilməyib”.
“EADaily” nəşri 29 dekabr 2020.
KONKRET.az