Ebru Gündeşin əri saxlanıldıbackend

Ebru Gündeşin əri saxlanıldı

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir saxlanılıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan Selahəddin Yılmaz Cinayətkar Dəstəsi istintaqı çərçivəsində yeni həbslər həyata keçirilib.

Müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Murat Özdemir “cinayətkar dəstənin üzvü olmaq” ittihamı ilə dünən saxlanılıb.

Özdemirin polis idarəsindəki ifadəsi tamamlanıb və bu gün məhkəməyə göndərilib.

İBB (İstanbul Böyükşəhər Bələdiyyəsi) istintaqı çərçivəsində həbs olunan İBB İdman Klubunun sədri Fatih Keleşin, həbsxanadan vəkili vasitəsilə cinayətkar dəstə rəhbəri olduğu iddia edilən Selahəddin Yılmaza “Aziz İhsan Aktaşı susdurun” göstərişi verdiyi iddia olunmuşdu.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, İstanbul mərkəzli dörd şəhərdə əməliyyat keçirilmiş və 13 şübhəli saxlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*