Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik alan Tərlan Quliyev rayonun Atbulaq kəndi ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az–a verilən məlumata görə, adıçəkilən şəxsin üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın olan marixuana, heroin və tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.