Edam cəzasına məhkum edilmiş 8 Hindistan vətəndaşının cəzası yüngülləşdirilirbackend

Edam cəzasına məhkum edilmiş 8 Hindistan vətəndaşının cəzası yüngülləşdirilir

Qətər məhkəməsi Hindistanın səkkiz vətəndaşının edam hökmündən verdiyi apellyasiya şikayətinə baxıb və cəzanın yüngülləşdirilməsinə qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Proses məxfi və həssas xarakterili olduğuna görə, bu mərhələdə bu məsələ ilə bağlı əlavə şərh vermək yersiz olardı”, – XİN açıqlamasında deyilir.

Bir qrup Hindistan vətəndaşı 2022-ci ilin avqustunda Qətərdə İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. Onların hamısı əvvəllər Hindistan hərbi gəmilərinə komandanlıq etmiş yüksək rütbəli zabitlər də daxil olmaqla, Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşlarıdır. “India Today” jurnalının məlumatına görə, Hindistan dəniz zabitləri Qətərin sualtı proqramında iştirak ediblər və Qətər tərəfi bu məlumatı İsrailə ötürməkdə ittiham olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*