2025-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu il mükafat macar yazıçısı Laszlo Krasznahorkaiyə verilib.
Yazıçı bu mükafata apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə layiq görülüb. Toyuqlu pizza
Qeyd edək ki, müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkai 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası üzrə oxuyub, daha sonra Budapeştedə macar dili və ədəbiyyatı üzrə təhsil alıb. 2015-ci ildə “Buker” mükafatına layiq görülüb, dəfələlərlə Nobel mükafatına namizəd göstərilib.
Ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.
Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.