Edmon Marukyan: “İndi adamları Ermənistana tanışlıq yolu ilə buraxırlar?”backend

Edmon Marukyan: “İndi adamları Ermənistana tanışlıq yolu ilə buraxırlar?”

“Parlaq Ermənistan”ın lideri Edmon Marukyan tanınmış ermənilərin, o cümlədən politoloq Andranik Miqranyanın Ermənistana girişini məhdudlaşdıran “qara siyahılar”ın olmasını biabırçılıq adlandırıb.

KONKRET.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, dövlətə xəyanət və ya bu kimi cinayətlərə görə ona qarşı cinayət işi açılmayıbsa, istənilən erməninin Ermənistana gəlmək hüququ var.

O, qeyd edib ki, belə bir təcrübə demokratik prinsiplərə ziddir.

“Əgər biz həqiqətən demokratik ölkəyiksə, Andranik Miqranyan və ya Murad Papazyan bizim razılaşmadığımız bir fikir söyləyirsə, bu, onların ölkəyə girişini əngəlləmək üçün əsas deyil. Heç bir erməniyə qarşı cinayət işi, məsələn, dövlətə xəyanət və ya başqa bir ağır cinayət işi olmadığı halda ölkəyə giriş qadağan edilə bilməz”, – deyə Marukyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Onun fikrincə, fikir plüralizmi cəmiyyətin ayrılmaz hissəsi olmalıdır:

“Biz zombi cəmiyyəti deyilik ki, yalnız bir baxış olduğunu iddia edib, qalan hər şeyi qadağan edək. Bu qəbuledilməzdir”.

Marukyan, həmçinin şəxsi səbəblərdən, məsələn, əgər insan öz yaxınlarının məzarını ziyarət etmək istəyirsə, girişin bağlanmasını qəbuledilməz hesab edir.

“Mən bilirəm ki, Niderland, Rusiya və Fransa vətəndaşları üçün ölkəyə giriş qadağandır. Burada əxlaq haradadır? – deyə o, soruşub.

Murad Papazyanla bağlı vəziyyətə gəlincə, Marukyan məhkəmədə qalib gəldiyini və qərardan heç vaxt şikayət verilmədiyini xatırladıb.

“Mətbuat Fransa prezidenti Emmanuel Makronun onun ölkəyə daxil olması üçün müraciət etdiyini bildirdi. Belə çıxır ki, Ermənistana ancaq dostlar vasitəsilə gedə bilərsiniz. Ayıbdır”, – deyə Marukyan əlavə edib.

Sonda o vurğulayıb ki, onun partiyası hakimiyyətə gələrsə, bütün “qara siyahılar” və buna bənzər məhdudiyyətləri aradan qaldıracaq.

Xatırladaq ki, bir müddət əvvəl politoloq Andranik Miqranyan Zvartnots hava limanında Ermənistana buraxılmayıb. İlkin məlumata görə, o, ölkəyə valideynlərinin məzarını ziyarət etmək üçün gəlib.

Murad Papazyana gəlincə, o, bu yaxınlarda Ermənistanda olub və Ermənistan hakimiyyətinin siyasətini növbəti dəfə tənqid edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*