Eduard Şarmazanov: Ötən il Paşinyanın fiaskosu ilə yadda qaldıbackend

Eduard Şarmazanov: Ötən il Paşinyanın fiaskosu ilə yadda qaldı

“Ötən 2024-cü il, ilk növbədə Nikol Paşinyanın fiaskosu ilə yadda qaldı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov bu gün jurnalistlərlə görüşündə bildirib.

Şarmazanov diqqəti ona yönəldib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət üç ildir ki, erməni xalqını “sülh müqaviləsi” ilə “qidalandırır”, hər yeni ildə Azərbaycanla tezliklə sülh bağlayacağına dair vədlər verir.

“Lakin İlham Əliyevin sərt açıqlamaları bütün nikbinliyi dağıtdı. Görünən odur ki, Azərbaycanla heç bir barışıq söhbəti yoxdur. Nikol Paşinyanın bütün güzəştləri (?) Azərbaycanın iştahını daha da artırır”, deyə o, əlavə edib.

Şarmazanovun fikrincə, “Sülhün kəsişməsi” və “sülh gündəmi” artıq mövcud deyil, sadəcə olaraq boş kağızdır.
Yeri gəlmişkən, Ermənistan rəhbərliyi indiyədək Azərbaycana heç bir güzəşt etməyib. Qazaxda geri alınan 4 kəndimiz uzun illər erməni işğalında olub. Həmin yaşayış məntəqələrimizin danışıqlar yolu ilə geri qaytarılması Azərbaycan lideri İlham Əliyevin Dəmir Yumruğunun sayəsində baş tutub.

Unutmayaq ki, erməni işğalında hələ də 4 kəndimiz var. Onların da demarkasiya və delimitasiya proseslərində Azərbaycana təhvil verilməsi heç kəsdə şübhə doğurmur. Əks halda Dəmir Yumruq yenə yerindədir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*