ƏDV ilə bağlı vacib MƏLUMATbackend

ƏDV ilə bağlı vacib MƏLUMAT

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edilməməsi ilə bağlı müraciətlər daxil olur.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Vergi Xidmətinin idarə rəisi Zaur Seyidov deyib.

O qeyd edib ki, həmin müraciətlərin araşdırılması zamanı aparılmış təhlillərə əsasən müəyyən edilib ki, satıcı tərəfindən vətəndaşlara kassa çekləri vətəndaşlara təqdim olunmur, onların özləri tərəfindən portala daxil edilir.

“Bu da haqlı olaraq istehlakçıların narazılığına səbəb olur. Bu kimi oxşar əməliyyatların qarşısını almaq məqsədilə araşdırma aparılır, vətəndaşların məlumatlandırılması həyata keçirilir. Zəruri hallarda həmin şəxslərlə görüş keçirilir və səbəblər izah olunur. Burada məqsəd ƏDV geri al məqsədləri üçün istehlakçının ailə üzvlərinə təqdim edilməməsindən getmir, bu istehlakçının şəxsi hüququdur.

Burada məsələ kassa çekinin vətəndaşlara təqdim edilməməsidir. Yəni malların vətəndaşlara təqdim edilməsi zamanı birmənalı olaraq kassa çeki vətəndaşlara təqdim edilməlidir. Bundan sonra istehlakçı bu kassa çekindən faydalanmaq üzvlərinə, yaxınlarına təqdim edə bilər”, – deyə Z.Seyidov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*