Əfqanıstan-Pakistan sərhədində döyüşlər başladıbackend

Əfqanıstan-Pakistan sərhədində döyüşlər başladı

“Əfqan əsgərləri Əfqanıstan ordusuna qarşı hava hücumuna cavab olaraq Pakistanın bir neçə bölgəsinə hücum edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, əfqan hərbçiləri “düşmən qüvvələrin və onların havadarlarının mərkəz və sığınacaqlarına” hücum ediblər. Zərbələrin Pakistanla sərhəddən kənarda da həyata keçirildiyi vurğulanır.

“Tasnim” agentliyi Əfqanıstanın Xost və Paktiya əyalətlərinin sərhəd bölgələrində dekabrın 27-dən bəri Taliban tərəfdarları ilə Pakistan hərbçiləri arasında döyüşlərin getdiyini bildirib.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*