Əfqanıstanda güclü partlayış: Prezidentin sarayına bir neçə raket atıldıbackend

Əfqanıstanda güclü partlayış: Prezidentin sarayına bir neçə raket atıldı

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına bir neçə raket atılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksək vəzifəli şəxslərin də qatıldığı Qurban Bayramı namazı zamanı saraya raketlər atılıb.

Ölən və yaralananlar haqda məlumat verilmir. Raketlərin Prezident sarayı yaxınlığında partladığı deyilir.

Əfqanıstanın “1TV” kanalı da  sarayın yaxınlığında üç partlayışın eşidildiyini bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*