Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan vilayəti olub.
Zəlzələ Özbəkistanın 7 rayonunda və Daşkənddə də hiss olunub.