Əfqanıstanda media qurumlarının 70 faizi bağlandıbackend

Əfqanıstanda media qurumlarının 70 faizi bağlandı

Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkədə KİV-lərin 70%-i maliyyə probleminə görə fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Jurnalistlər Birliyi məlumat yayıb.

Bildirilir ki, bu, ölkənin 28 əyalətində 1500 əfqan jurnalistin iştirak etdiyi araşdırma zamanı məlum olub.

“Əfqanıstan jurnalistlərinin 67%-i işini itirib, 33%-i isə təzyiq altında və çətin vəziyyətdə işləyir. İşləyən yerli KİV-lərin çoxu ağır maliyyə sıxıntısı yaşayır”, – deyə qeyd olunur.

Məlumata görə, əfqan jurnalistlərin 40 faizi təhlükəsizliyindən narahatdır, qalanları işlərini itirdikləri üçün çətin yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*