Əfqanıstanda partlayış: “Taliban”ın təhlükəsizlik şefi ÖLDÜRÜLDÜbackend

Əfqanıstanda partlayış: "Taliban"ın təhlükəsizlik şefi ÖLDÜRÜLDÜ

Əfqanıstanın Bədəxşan vilayətində “Taliban” təhlükəsizlik departamentinin rəhbəri Mövlavi Əbdül Haq partlayış nəticəsində həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Faizabad şəhərində “Taliban” təhlükəsizlik xidmətinin qərargahının girişində baş verib.

Məlumata görə, insidentlə bağlı rəsmi açıqlama verilməyib. Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*