Əfqanıstanda terror aktı: 6 polis öldü, 10-u yaralandıbackend

Əfqanıstanda terror aktı: 6 polis öldü, 10-u yaralandı

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin mərkəzi Pole-Xumri şəhərində törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, 10-dan çoxu yaralanıb.

KONKRET.az “TOLO News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildirib.

Hadisə iyunun 9-dan 10-na keçən gecə şəhərdəki hərbi bazanın yaxınlığında baş verib. Terrorçular avtomobili partladıblar.

“Taliban” qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*