Əfqanıstandan Ankaraya uçuşlar bərpa edilirbackend

Əfqanıstandan Ankaraya uçuşlar bərpa edilir

Əfqanıstanın milli aviadaşıyıcısı Ariana Afghan Airlines Kabildən Ankaraya uçuşları bərpa edib.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Nazar Məhəmməd Motmain bildirib.
“Ariana Afghan Airlines Ankaraya uçuşlara başladı. Uğurlar”, -deyə o, Twitter səhifəsində yazıb.

Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, Kabil layneri yerli vaxtla saat 17.30-da Türkiyə paytaxtına enib.

Qeyd edək ki, son üç ayda Əfqanıstan paytaxtından bir sıra beynəlxalq reyslər ölkədə hərbi hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*