Əfqanıstanın birinci vitse-prezidentinə daha bir sui-qəsd: ölənlər və yaralananlar varbackend

Əfqanıstanın birinci vitse-prezidentinə daha bir sui-qəsd: ölənlər və yaralananlar var

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Saleh çərşənbə günü səhər Kabildə yol bombasından ölümdən xilas olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Partlayış nəticəsində ən azı 20 nəfərin öldüyü və yaralandığı deyilir. Onların arasında vitse-prezidentin mühafizəçiləri də var.

Ölkənin Səhiyyə Nazirliyi partlayışda 4 nəfərin öldüyünü və 16 nəfərin yaralandığını açıqlayıb.

İndiyə qədər heç kim hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Əvvəllər Əfqan kəşfiyyatının rəisi vəzifəsində işləyən Salehə qarşı bir neçə dəfə sui-qəsd edilib. Son hücum ötən il baş vermişdi. Həmin vaxt 20 nəfər ölmüşdü.

Babək Göyüş                                                                                

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*