Egey dənizində ard-arda zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 04:52-də 4,5 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Daha sonra saat 06:08-də 3,8 və 06:11-də 3,9 bal gücündə daha iki zəlzələ qeydə alınıb.