Əhali 10 ayda 26 milyard XƏRCLƏYİBbackend

Əhali 10 ayda 26 milyard XƏRCLƏYİB

2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 26776,2 milyon manat olub.

Bu barədə KONKRET.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 11188,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*