Əhali arasında yenə virus yayıldıbackend

Əhali arasında yenə virus yayıldı

Son günlər qripə yoluxanların sayı kəskin artıb.

KONKRET.az xəbər verir ki, infeksionist Aytən Ziyadova bildirir ki, infulenza virusu ilə əlaqədar müraciətlərin sayı çoxalıb. Hətta mövsümlə əlaqədar olaraq yoluxma hallarının qarşıdakı aylarda daha da artacağı gözlənilir.

Aytən Ziyadova vurğulayıb ki, virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. Lakin bəzi şəxslərə peyvənd qadağandır. Bununla yanaşı, peyvənd olunacaq şəxslər yaş qrupuna görə dozanı düzgün seçməlidirlər.

İnfeksionist bildirib ki, yumurtanın sarısına qarşı anaflaktik şok keçirən şəxslərə yaş qurupundan asılı olmayaraq peyvənd qadağandır. Eləcə də onkoloji xəstələrə peyvənd əks göstərişli olduğundan, həmin şəxsin ailə üzvlərinin peyvənd olunması kifayətdir.

Səhiyyə Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

  • Ayan
    Dekabr 22, 2024 - 08:34

    Məktəblərə nəzarət lazımdı uşaqları xəstə xəstə məcburi çağırırlar yoluxma yayılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*