Əhalinin banklardakı əmanətləri bu il dekabrın 1-nə 11 milyard 588.6 milyon manata çatıb.
KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, on ay ilə müqayisədə 0,7% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 28% artıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında əmanətlərin həcmi 9 milyard 51.7 milyon manat təşkil edib.