ƏHALİNİN NƏZƏRİNƏ: Avqustun 10-da…backend

ƏHALİNİN NƏZƏRİNƏ: Avqustun 10-da...

Avqustun 10-da ilin sonuncu planetlər paradı baş verəcək.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda tam sıralanma 10 avqust saat 04:08-dən başlayacaq, saat 04:50-də son planet Merkuri qoşulacaq.

Saat 05:46-da isə Günəş artıq üfüqdən qalxmış olacaq. Ay, Saturn, Neptun, Uran, Venera, Yupiter və Merkuri qərbdən şərqə doğru düzüləcək. Təəəssüf ki, hal-hazırda Mars səmada Günəşdən sonra mövqeləşdiyi üçün bu paradda olmayacaq. Yupiter ilə Venera səmada yaxınlaşacaqlarından, Veneranın fonunda Yupiter o qədər də parlaq görünmür. Saturn və Uran isə zəif olduqları üçün onları adi gözlə görmək mümkün deyil, kiçik teleskopla müşahidə etmək olur. Merkuri isə Günəşə çox yaxın olduğundan müşahidəsi çətinləşəcəkdir. Avqust ayının sonunadək planetləri bir yerdə izləmək mümkün olacaq.

Qeyd edilib ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralasanlar da kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur. Cari konfiqurasiyanı buradan izləyə bilərsiniz.

Xatırladılıb ki, 2025-ci ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevral ayında isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*