Əhalinin NƏZƏRİNƏ: Qadınlar bu iki əsas şərtlə erkən pensiyaya çıxa bilərbackend

Əhalinin NƏZƏRİNƏ: Qadınlar bu iki əsas şərtlə erkən pensiyaya çıxa bilər

Əlil övladı olan anaların sosial müdafiəsi və onların gələcək təminatı ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlir. Xüsusilə də bu kateqoriyaya aid qadınların erkən pensiyaya çıxıb-çıxa bilməsi barədə suallar cəmiyyətdə ciddi maraq doğurur. Maraqlıdır, əlil övladı olan ana erkən pensiyaya çıxa bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, qadınların erkən pensiyaya çıxma imkanı hazırda yalnız iki əsas şərt əsasında mümkündür.

“İlk olaraq qadın ağır əmək şəraitində çalışıbsa, həmin fəaliyyətə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxa bilər. İkinci halda isə beş və daha çox uşağı olan analara erkən pensiya hüququ verilir”.

Rəşad Həsənov əlavə edib ki, bəzi peşə sahələrinə – daxili işlər orqanları, müdafiə qurumları və digər xüsusi xidmət tələbi olan sahələrə güzəştli pensiya şərtləri də mövcuddur. Bu hallarda tələb olunan minimum staj təmin edilirsə, yaşa görə pensiya hüququ yaranır.

Ekspert vurğulayıb ki, əlil uşağın mövcudluğuna görə analara erkən pensiya hüququ qanunvericilikdə nəzərdə tutulmayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*