Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcəkbackend

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək

Azərbaycanda 7 aya yaxındır ki, koronavirusa görə toyların keçirilməsinə qadağa qoyulub. Hazırda gündəlik yoluxanların sayı artma-azalma dinamikası ilə davam edir. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə veriləcəyidir.

Bununla bağlı KONKRET.azın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, koronavirusun mutasiya prosesi davam edir:

“Ümumi həyatın sosial sahələrində yumşalmalar gedir. Yoluxanların sayında da azalma müşahidə edilir. Çünki belə ambulator müraciətlər olur. Bundan əlavə kompüter tomoqrafiyasında da xəstələrin sayı azalıb. O ki qaldı toyların və digər kütləvi mərasimlərin keçirilməsinə, hesab edirəm ki, onların formatı birdəfəlik dəyişilməlidir. Yəni 500-600 nəfərin bir zala yığılıb kondisioner altında oturması və yeyib-içmək tənəffüz yolları xəstəliyinin yayılmasına səbəb olur. Azərbaycanda koronavirus bir neçə aydan sonra, yəni payızın sonunda yox olacaq. Koronavirusdan başqa vərəm xəstəliyi də var. Vərəmin dərmanlara həssaslığı olmayan növü var. Bu xəstələr də Azərbaycanda az deyil. 500-600 nəfərin qapalı yerlərdə bir yerdə oturması və nəfəslərinin qarışması olduqca təhlükəlidir. Toyların formatı dəyişməlidir. 80-100 nəfərin, yəni yaxın qohumların iştirak etdiyi toy məclisi keçirmək olar. O da təbii ki, sadəcə yemək-içməklə yox, başqa formatda – Türkiyə və digər ölkələrdəki kimi. Adət-ənənə deyib bunu ömrümüzün sonuna kimi saxlamamalıyıq”.

Adil Qeybulla fikrini belə tamamlayıb:

“Keçmişdə toy adət-ənənəmiz başqa olub. Elə toylar olub ki, 3-7 gün davam edib. Yavaş-yavaş təkmilləşərək bu formaya düşüb. Hesab edirəm ki, payızın sonunda koronavirusun mutasiyaya uğrayaraq yox olması proqrozlaşdırılır. Yeni ildən sonra isə inanıram ki, normal həyatımıza qayıdacağıq. O zaman da nəinki toyların, digər mərasimlərin də keçirilməsinə icazə veriləcək. Amma yenə deyirəm, toyların formatının dəyişdirilməsi mütləqdir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*