Əhaliyə XƏBƏRDARLIQ: Sabah 08:00-dan…backend

Əhaliyə XƏBƏRDARLIQ: Sabah 08:00-dan...

Bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, məhdudiyyət səbəbindən:

– 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti;

– 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*