Əhməd Əhmədzadə Dilqəm Əsgərovun ailəsinin üzləşdiyi problemə münasibət bildirdibackend

Əhməd Əhmədzadə Dilqəm Əsgərovun ailəsinin üzləşdiyi problemə münasibət bildirdi

Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla danışıb.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən bu barədə Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, Əhməd Əhmədzadə Dilqəm Əsgərovun probleminin həlli istiqamətində oğlu Kürdoğlu Əsgərova söz verib.

“Dünən məni Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) dəvət etdilər. Qurumun əməkdaşları ilə bizim suyun altında qalan torpaq sahələrimizin, bağımızın, fermalarımızın müzakirəsini apardıq. Bu zaman Əhməd Əhmədzadə əməkdaşlara zəng etdi və mənimlə telefonla danışdı. Təxminən 10-15 dəqiqə danışığımız zamanı Ə.Əhmədzadə məndən atamın səhhəti ilə maraqlandı və suyun altında qalan torpaq sahələrimizlə bağlı yaşanan problemin həll ediləcəyinə söz verdi. Bildirdi ki, lazım olan bütün köməkliyi əsirgəməyəcək. Artıq bununla bağlı tapşırıq və göstərişlərini verib. Mən də öz növbəmdə Ə.Əhmədzadəyə məsələyə bu cür tez reaksiya verdiyi üçün təşəkkür edirəm” – deyə Kürdoğlu Əsgərov bildirib.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*