Əhməd əl-Şara Azərbaycana dəvət edildibackend

Əhməd əl-Şara Azərbaycana dəvət edildi

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraaya təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı Suriya xalqının rifahı naminə məsul fəaliyyətində Əhməd əl-Şaraaya uğurlar arzulayıb.

Həmçinin məktubda qeyd olunub: “Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*