Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.
Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.
İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.//Oxu.Az
***
Suriyanın müvəqqəti prezidenti Əhməd Şaraa Türkiyəyə səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Əhməd Şaraanın olduğu təyyarə Ankaranın Esenboğa Hava Limanına eniş edib.
Onun paytaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.//globalinfo.az