“Əhval-ruhiyyə də yoxdur, istək də. Bu, bizim üçün ən dəhşətli il idi” – Ermənistanda SORĞUbackend

"Əhval-ruhiyyə də yoxdur, istək də. Bu, bizim üçün ən dəhşətli il idi" - Ermənistanda SORĞU

“Faktİnfo” xəbər agentliyi Ermənistan vətəndaşlarının Yeni ili qeyd edib-etməyəcəyi ilə bağlı sorğu keçirib.

KONKRET.az xəbər verir ki, bütün respondentlər yekdilliklə bayram əhval-ruhiyyəsində olmadıqlarını bildiriblər. Respondentlər Yeni ili müharibənin faciəli nəticələrinə görə dar bir ailə dairəsində qeyd edəcəklərini vurğulayıblar.

Respondentlərdən biri “Əhval-ruhiyyə, istək yoxdur. İndiki vəziyyətdə Yeni ili qeyd etmək cinayətdir”, – deyə cavab verib.

Sorğu iştirakçıları vurğulayıb ki, “Bu il ən pis il olub və Yeni ili qeyd etmək bu baxımdan heç uyğun deyil”.

Digər iştirakçı bildirib ki, “Yeni ilə hazırlaşa bilmirəm. Bir çox valideyn hələ övladlarının cəsədlərini tapmayıbsa, Yeni ili necə qeyd edə bilərəm”.

“İstəyirəm ki, bu xain Yeni ildən əvvəl istefa versin ki, gələcək məsələləri necə həll edəcəyimizi və əsirlərin geri qaytarılması ilə məşğul olaq”, – deyə başqa iştirakçı bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*