Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni TƏYİNATLARbackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni TƏYİNATLAR

Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib:

“Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub. C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*